Gül kələmi qovurması

Порций: 3 nəfərlik   Время приготовления: 40 dəqiqə

gül kələmi qovurmasıBugün sizə gül kələmi və onun faydalarından söz açacam. Eləcə də, gül kələmindən ləzzətli və asan başagələn yemək hazırlayacağıq. Bu sehirli tərəvəzlə ilk tanışlığım Avropda yaşadığım dövrdən başladı. Təəssüf ki, Azərbaycan mətbəxində gül kələmi çox az istifadə olunurdu. Son dövrdə isə vətənimizdə pediatrlar bu tərəvəzi balacaların gündəlik rasionuna daxil etməyi şiddətlə tövsiyyə edirlər. Çünki, gül kələminin tərkibində demək olar ki, insan orqanizmi üçün zəruri olan bütün vitaminlər və mikroelementlər var. Gül kələmi orqanizmdə tamamilə həzm edildiyinə görə, insan bu tərəvəzdən bütün vitamin və mineral kompleksini alır. O, maddələr mübadiləsini yaxşılaşdırır, həzm və ürək-damar sisteminin fəaliyyətini normallaşdırır, əsəbləri möhkəmləndirir. Gül kələminin tərkibində A, B, C vitaminləri, həmçinin kalsium, fosfor, dəmir və maqnezium mövcuddur. Bu tərəvəz həmçinin artıq çəkidən əziyyət çəkənlər üçün də ideal nahar sayıla bilər.

 

Hazırlayacağımız gül kələmi qovurması üçün bizə lazım olacaq:

  • 1 ədəd gül kələmi
  • 1 ədəd soğan
  • 2 ədəd yumurta
  • zeytun yağı
  • duz, istiot

Hazırlanma qaydası:

Öncə gül kələmini yuyub, kiçik hissələrə ayırırıq. Qaynayan suya öncə duz sonra xırda hissələri töküb, 10 dəqiqə bişirib süzürük. Soğanı xırda doğrayıb, zeytun yağında qızardırıq. Bişmiş gül kələmlərini buraya əlavə edirik. Yumurtaları kənarda bir qabın içərisində çalıb, üzərinə töküb, qarışdırırıq. Zövqə görə duz, istiot əlavə edirik. Yumurtalar tam bişəndən sonra ocaqdan götürüb, süfrəyə verə bilərsiniz. Gül kələmi qovurması qatıqla da çox ləzzətli olur. NUŞ OLSUN!


gül kələmigül kələmi qovurması

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий