Gül keksləri

Порций:   Время приготовления: 1 saat

keksGözəl görünüşlü Gül keksləri resepti ilə tanış olun. Bu keksləri hazırlamaq üçün sizə mətbəxdə hər zaman tapılan ərzaqlar və gül formalı mini soba qəlibləri lazım olacaq.

Tərkibi:

  • 4 ədəd yumurta
  • 2 stəkan şəkər tozu
  • 1 stəkan süd (qatıq da olar)
  • 1 stəkan duru yağ
  • 3 stəkan un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu

Hazırlanma qaydası:

Yumurtalar şəkər tozu və vanillə yaxşıca qarışdırılır. Üzərinə süd, bitki yağı da əlavə olunur. Qabartma tozu ilə un da yavaş-yavaş ələnərək, xəmir halına gətirilir. Zövqə görə, xəmirə bir ovuc kişmiş və ya damla şokolad da tökə bilərsiniz. Hazır xəmirdən yağlanmış gül formalı qəliblərə bir dolu xörək qaşığı əlavə edib, 180 dərəcə isidilmiş sobada üzəri qızaranadək bişirilir. Gül keksləri hazırdır.

NUŞ OLSUN!

Resept üçün Arzu xanıma minnətdarıq!


gül keksləri
Метки записи: