Günəş pizzası

Порций: 8 nəfərlik   Время приготовления: 1 SAAT

pizzaPİZZA İtaliya mətbəxinin dünyaca məşhur asan yemək növüdür. Hələ qədim dövrdə Yunanıstan və Romada pizzayabənzər qəlyanaltılar hazırlanırdı. İlk pizza isə 1522-ci ilə Neapolda bişirilmişdi. Artıq dünyanın dörd bir yanında pizza kafelər, restoranlar fəaliyyət göstərir. Hətta hər bir xalq bu asan yemək növünü öz kulinariyasına uyğunlaşdırıb, yenni pizza növləri hazırlamağa cəhd göstərir. Bizsə bugün Günəş formalı pizza bişirəcəyik. Zamanım bol olanda pizza xəmirini özüm hazırlayıram. 

Bugün isə vaxtım az olduğundan hazır pizza xəmirindən istifadə edəcəm. Bunun üçün mənə lazım olacaq:

Pizzanı hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 2 ədəd hazır pizza xəmiri
  • 3 ədəd pomidor
  • 1 ədəd qırmızı soğan
  • qırmızı və sarı bibər
  • konservləşdirilmiş göbələk
  • bir ovuc şüyüd və keşniş
  • 100 qr rəndələnmiş holland pendiri
  • ketçup
  • duz, bibər

Hazırlanma qaydası:

Tərəvəzi, göyərtini xırda doğrayıb, duz və bibər səpib, qarışdırırıq. Pizza xəmirini boşqabın köməyi ilə yumuru formada kəsirik

Üzərinə içliyi şəkildəki formada qoyuruq. Daha sonra digər xəmiri dairə formasımda kəsirik. İkinci xəmirin ölçüsü böyük olmalıdır. Şəkildə olduğu kimi xəmirin orta hissəsini və uclarını birləşdiririk. Kənarları az məsafə saxlamaq şərtilə bıçaqla kəsib, çeviririk. Günəş forması əldə etdikdən sonra sobada bişiririk. Pizzanın bişmə dərərcəsi və vaxtı sobanızdan asılıdır. Bİşənə yaxın pizzanın orta hissəsinə pendir səpib yenidən sobaya qoyub, əriməyini gözləyirik. Budur, pizzamız hazırdır. NUŞ OLSUN!

pizzapizzapizzapizzapizza

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий