Halvalı, küncütlü tort

Порций:   Время приготовления:

halvali_tortPolşa mətbəxinin yalnız bizdə rast gələcəyiniz "Küncütlü, halvalı tort" resepti kulinarların işinə yarayacaq.

Tərkibi:

Kakaolu biskvit üçün:
  • 5 yumurta
  • 3/4 stəkan şəkər tozu
  • 2/3 stəkan un
  • 1/3 stəkan kakao
Küncütlü korj üçün:
  • 4 yumurta ağı
  • ½stəkan şəkər tozu
  • ½ xörək qaşığı kartof nişastası(kraxmal)
  • ½ xörək qaşığı un
  • ½ çay qaşığı qabartma tozu
  • 150 qr küncüt toxumu
Halvalı krem üçün:
  • ½ litr süd
  • 3 xörək qaşığı un
  • 2 xörək qaşığı qarğıdalı nişastası
  • ½ stəkan şəkər kirşanı
  • 4 yumurta sarısı
  • ½ stəkan kərə yağı
  • Təxminən 200 qr vanilli və ya araxisli(yer fındığı) halva

Öncə kakaolu biskviti hazırlayın. Kakao və unu qarışdırıb birlikdə ələyin. Yumurtanın ağını sarısından ayırıb,yumurta ağlarını bərkiyənədək mikserlə çırpın.Bərkiyən yumurta ağına şəkər tozunu qaşıq-qaşıq əlavə edərək çırpmağa davam edin.Daha sonra yumurta sarısını bir-bir əlavə edin və yaxşıca çırpın. Yumurta qarışığına ələnmiş un və kakao əlavə edib ehtiyyatla qarışdırın.Diametri 23 sm olan soba sinisinə yağlı kağız sərin.Hazırladığınız kütləni siniyə töküb 160-170 ° С dərəcə qızıdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin.Bişən biskviti soyudub 2 hissəyə ayırın. Sonra küncütlü korjun hazırlanmasına keçin. Yumurta ağını tədricən şəkər tozu əlavə edərək bərkiyənədək mikserlə çırpın.Çaldığınız kütləyə qalan kartof nişastası,un,qabartma tozu və küncüt toxumu əlavə edib qarışdırın.Yağlı kağız sərilmiş soba sinisinə kütləni töküb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.  

Və nəhayət kremi hazırlayın. Bir qabda südün yarısını şəkər kirşanıyla qarışdırıb ocağın üzərində qaynadın.Yumurta sarısını çalın,südün qalan yarısını da yumurta sarısıyla qarışdırın.Yumurtalı süd qarışığına un əlavə edib qarışdırın.Qaynayan şəkərli südə töküb az-az əlavə edərək dayanmadan qarışdırın.Qatı pudinq alınmalıdır.Ocağın üzərindən götürüb yaxşıca soyudun.Kərə yağını rəndələyib,halvanı qaşıq-qaşıq əlavə edərək mikserlə çırpın.Daha sonra soyuq pudinqi əlavə edib yaxşıca çırpın və kremi soyudun. Öncə kakaolu biskviti qoyub üzərinə halvalı krem yaxın. Daha sonra üzərinə küncütlü korju qoyun və yenidən krem yaxın. Nəhayət kakaolu korjun digər yarısını döşəyib, tortun üzərini və kənarlarını kremləyin. Zövqə görə kremlə bəzəyib süfrəyə verin. Nuş olsun!


halvali_tort1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий