Hamiləlik dövründə qida rasionunun tənzimlənməsi

Порций:   Время приготовления:

hamilə rasionHər bir hamilə qadının ən böyük arzusu, sağlam övlad dünyaya gətirməkdir. Bunun üçün isə ən başlıca amillərdən biri hətta birincisi düzgün qidadır. Hamiləlik dövründə ananın məsuliyyəti ikiqat artdığı üçün daim həkim nəzarəti altında olmaq istəyir. Xüsusən də bu ilk təcrübədirsə. Bu səbəbdən son illər internet portalları və saytlarda gələcəyin analarına kömək məqsədi ilə gərəkli informasiyalar, tövsiyyələr, həkim məslələtləri çap olunur. Lakin, təəssüf ki, Azərbaycan dilində bu qəbildən olan yazılar azlıq təşkil edir. Bunu nəzərə alıb, vaxtaşırı hamilə qadınların işinə yarayacaq əhəmiyyətli məqalələr paylaşacağıq.

Ümumiyyətlə hamiləlik dövrü 3 trimestrə bölünür. İlk trimestr ən çətin dövr sayılır. Belə ki, bu aylar ərzində hamilə qadının iştahdan kəsildiyi "toksikoz" dönəmi başlayır. Toksikoz aylarında ananı narahat edən ilk sual dölün inkişafı olur. O, davamlı yemək yemirsə körpəsinin də qidalanmadığını düşünür. Araşdırlmalara görə hamiləliyin ilk aylarında döl, ananın orqanizmindəki vitamin və mikroelementlərlə qidalanır və əgər ananın bədəni sağlamdırsa, bu bir müddət dölə bəs edir. Məcbur yağlı, ağır xörəklər yeməyə ehtiyac yoxdur. Anadan tələb olunan az miqdarda da olsa, vitamin, kalsium və minerallarla zəngin qidalar qəbul etməkdir.

Toksikoz dönəmi bitər-bitməz hamilə qadın gündəlik rasionuna mütləq ət və ət məhsulları daxil etməlidir. Həftənin iki günü balıq əti yemək həm ananın həm də doğulacaq körpənin sağlamlığına müsbət təsir edir. Bundan əlavə gün ərzində bir ədəd toyuq yumurtası, süd və qatıq yeyilməlidir. Ağartı məhsulları həmçinin, mədə-bağırsaq sisteminin fəaliyyətini tarazlayır.

Ana olmağa hazırlaşan xanımlar hər gün mövsümi meyvə və tərəvəz qəbul etməlidirlər. Əgər ürəyiniz digər meyvələri də istəyirsə, çərəz formasında yeyə bilərsiniz. Süni şəkildə yetişdirilən meyvə, tərəvəzlərin tərkibi dərmanlı olduğundan bu həm ananın həm də doğulacaq körpənin sağlamlığına zərər vura bilər.

Gün ərzində bir qaşıq rafinəolunmamış bitki yağı ananın orqanizmini F vitamini ilə təmin edir. Yağı tərəvəz salatına qatıb, yemək tövsiyyə olunur.

Gələcək ananın gündəlik rasionunda su başlıca yerdə olmalıdır. Gün ərzində 1 litrdən az olmayaraq su qəbul edilməlidir. Çay və qəhvənin tərkibində kofeinin miqdarı çox olduğu üçün, bu içkilərin miqdarı minimuma endirilməlidir.  Digər bitki çayları içərkən mütləq həkimlə məsləhətləşmək lazımdır.

Hamilə qadın nə qədər az dərman qəbul etsə, özünə və gələcək körpəsinə bir o qədər yaxşılıq etmiş olur. Yarıdərman sayılan bəzi vitaminlərin qəbulu əhəmiyyətlidir. Lakin bu faydalı maddələri və mikroelementləri təbii qidalardan almaq daha gözəl olar.

Sonda isə, ana olmağa hazırlaşan xanımlarımıza, sağlam övlad dünyaya gətirməyi arzu edirik.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий