Hazır qat-qat (milföy) xəmirdən 4 ləziz resept

Порций:   Время приготовления:

Hazır milfoy xəmirindən qonaqlıq süfrələrinizi bəzəyəcək 4 reseptlə tanış olun.

Lazım olan ərzaqlar:

Qat-qat xəmirdə pizza Tərkibi:
  • 400 qr qat-qat xəmir
  • 3 ədəd pomidor
  • 1 ədəd bolqar bibəri
  • 100 qr rəndələnmiş holland pendiri
  • ketçup, pomidor sousu
  • 5-6 ədəd zeytun
  • 200 qr zövqə görə sosis və ya kolbasa
Qat-qat xəmirdə toyuq budları Tərkibi:
  • 6 ədəd toyuq budu
  • 500 qr qat-qat xəmir
  • 200 qr holland pendiri
  • 3 diş sarımsaq
  • duz istiot
Alma və darçın içlikli qat-qat xəmir Tərkibi:
  • 4 ədəd alma
  • 500 qr qat-qat xəmir
  • yarım ç/q darçın
  • 4 x/q şəkər tozu
  • 1 ədəd yumurtanın sarısı
  • 30 qr kərə yağı
Qat-qat xəmirdən qiyməli pirojok Tərkibi:
  • 450 qr qat-qat xəmir
  • 400 qr qiymə
  • 1 baş soğan
  • 1 tumurtanın sarısı
  • duz, istiot
 

Hazırlanma qaydası:

Qat-qat xəmirdə pizza
Öncə soyuducudan çıxartdığımız qat-qat xəmiri oxlovla yayıb, ya geniş sınını üzərinə qoyub böyük dairə, ya da orta ölçülü kvadratlar kəsirik. Öncə xəmirin üzərinə ketçup və pomidor sousu, sonra doğranmış ərzaqlar, ən sonda isə pendir rəndələyirik. 180 dərəcəlik sobada 20 dəqiqə bişiririk.
1446116741_1p1ez1b8

Qat-qat xəmirdə toyuq budları

Öncə toyuğun budlarını yuyub, quruduruq. Sonra budları duz, istiot və xırda doğranmış sarımsaqla dadlandırırıq.  Pendiri dilimlərə kəsib,  hər buda ətlə dərinin arasına 2 dilim qoyuruq. Sonra soyuducuda çıxardığımız qat-qat xəmiri  oxlovla yayıb, 2 sm enində lentlər kəsirik. Sonra ehtiyyatla toyuq budlarını lentə bükürük. Yağlı kağız sərilmiş soba sinisinə düzüb, üzərini folqa ilə örtürük. 200 dərəcədə 40 dəqiqə bişiririk. Sonra folqanı götürüb, 15 dəqiqə də qat-qat xəmir qızaranadək bişiririk. Hazır yeməyi süfrəyə verə bilərik.

image

Alma və darçın içlikli qat-qat xəmir

Almaların qabığını və içərisini təmizləyib, sürtgəcin iri gözündən keçiririk. Üzərinə şəkər tozu və darçın əlavə edib, yağlanmış tavada 5 dəqiqə qovururuq. Milföy xəmirini oxlovla açıb kvadratlar kəsirik.  Ortasına almalı içlik qoyub, bütün uclarını konvert formasında birləşdiririk. Üzərinə yumurta sarısı çəkib, 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişiririk.

444

 
Qat-qat xəmirdən qiyməli pirojok
Öncə ətçəkən maşından keçirilmiş əti bir az su əlavə edilmiş tavada bişiririk. Üzərinə yığılan kəfini təmizlədikdən sonra, xırda doğranmış soğan və yağ əlavə edib, qovururuq. Üzərinə duz, istiot və zövqə görə digər ədviyyatlar da səpib qarışdırırıq.  Hazır qiyməni kvadrat şəkilində kəsilmiş milföy xəmirinin içinə qoyub, üçbucaqlı formasında bükürük. Üzərinə yumurta sarısı çəkib, 180 dərəcə isidilmiş sobada təxmini 20 dəqiqə bişiririk.
sloenje-pirozhki-s-myasom_1336141705_5_max
 
 
 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий