Heyva deserti

Порций: 10 ədəd   Время приготовления: 20 dəqiqə

Asan, dadlı və olduqca faydalı Heyva desertini günün hər saatında ləzzətlə yeyə bilərsiniz. Heyva mövsümü bu şirniyyatın əsil vaxtıdır.

heyva

Tərkibi:

  • 5 ədəd heyva
  • 300 qr şəkər tozu
  • 5-6 ədəd mixək
  • 2 stəkan su
  • 1 stəkan şanti kremi (qaymaq və ya digər kremlərdən də istifadə edə bilərsiniz)

Hazırlanması:

Heyvaların qabığı soyulub, tən ortadan 2 yerə bölünür. Çəyirdək yuvaları ehtiyatla çıxardılır. Heyvalar geniş bir qazanın dibinə düzülür. Üzərinə tənzifə bükülmüş heyva çəyirdəkləri, şəkər tozu və mixək qoyulur. İki stəkan soyuq su tökülüb,  yüksək odda heyvalar ymşalanadək bişirilir. Bişmiş heyvalar soyudulub, üzərinə 1 xörək qaşığı şanti kremi qoyulur. Sonra ləziz Heyva deserti süfrəyə verilir.

NUŞ OLSUN!

heyva

Метки записи: