Hot dog

Порций: 25-30 ədəd   Время приготовления: 2,5 saat

Hot DoqMaraqlı və doyumlu Hot dog reseptini təqdim edirik.

Tərkibi:

  • 1 stəkan süd
  • 1 stəkan su
  • 1 stəkan bitki yağı
  • 1 paket maya
  • 1 çay qaşığı duz
  • 2 çay qaşığı şəkər tozu
  • 1 yumurta
  • 5-6 stəkan un
  • 25-30 ədəd sosis

Hazırlanma qaydası:

Geniş bir qabda ilıq süd və su ilə mayanı həll edin. Bitki yağı və yumurtanın ağını əlavə edib qarışdırın. Duz və şəkər tozu da səpin. Unu yavaş-yavaş qarışıma əlavə edərək, ələ yapışmayan xəmir yoğurun. Üzərinə nəmli bir bez örtüb, təxminən 1 saat kənarda gözlədin. Acıyan xəmirdən yumurta böyüklüyündə tikələr qopardıb, kürənin üzərində oxlovla açın. Bir tərəfini 3-4 dəfə, yarıya qədər eninə kəsin. Xəmirin kəsik olmayan tərəfinə sosis qoyun, Kəsik olan hissəsi üstdə olmaq şərtilə rulet formasında bükün. Yumurtanın sarısını sürtüb küncüt ya da çörək otu sərpin. Əvvəlcədən 200 dərəcə isidilmiş sobada qızarana qədər bişirin.

QEYD: İşinizi ikiqat yüngülləşdirmək üçün hazır qat-qat xəmirdən istifadə edə bilərsiniz.

Nuş olsun!

Hot Doq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий