İdeal biskvit bişirməyin 4 üsulu

Порций:   Время приготовления:

maxresdefaultNəticəsindən məmnun qalacağınız 4 biskvit reseptini Sizinlə bölüşürük. Diqqətinizə çatıraq ki, bu reseptlər məşhur dünya qənnadıçılarına məxsusdur.

Lazım olan ərzaqlar:

I Qayda
  • 4 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 150 qr un
  • 1 x/q qabartma tozu
II Qayda
  • 4 ədəd otaq temperaturunda yumurta
  • 150 qr şəkər tozu
  • 100 qr un
  • 100 qr kartof nişastası
  • 1 ç/q qabartma tozu
  • 80 qr kərə yağı
  • 1 çimdik vanil
III Qayda
  • 5 ədəd yumurta
  • 165 qr şəkər tozu
  • 130 qr un
  • 50 qr kartof nişastası
IV Qayda
  • 1 qab qatılaşdırılmış süd
  • 4 ədəd yumurta
  • 120 qr un ( 8 x/q)
  • 50 qr əridilmiş kərə yağı
  • yarım ç/q soda

Hazırlanma qaydası:

I Qayda

Yumurtaları və şəkər tozunu bir qaba tökürük. Su hamamında daim qarışdıraraq kütləni əridirik. Şəkər tozu tam əridikdən sonra, qarışımı su hamamından götürüb, mikserin maksimal sürətində 10 dəqiqə çalırıq.  Kütlənin üzərinə ələkdən keçirilmiş un və qabartma tozunu yavaş-yavaş əlavə edirik. Taxta qaşıqla aşağıdan yuxarı doğru qarışdırırıq. Öncədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişiririk. Biskvitin hazır olub-olmadığını çöplə deyil əlimizlə yoxlayırıq. Sobanın qapağını açanda bu biskvit aşağı çökmür.  Odur ki Əlimizlə yavaşca üzərinə basırıq. Əgər süngər kimi geri qayıdırsa, demək biskvit hazırdır. Bu üsulla hazırlanmış biskviri ortadan eninə iki və ya üç hissəyə bölüb, arasını kremləyib, tort hazırlamaq olar.

II Qayda

Yumurtaları şəkər tozu ilə 3 qatına qalxanadək mikserlə çalırıq. Bu müddət ərzində kərə yağını ocaqda əridib, soyuduruq. Mikserlə qaışdırdığımız kütləyə vanil əlavə edirik.  Un, nişasta və qabartma tozunu da ələyib, yumurtalı qarışıma ehtiyatla tökürük.  Aşağıdan yuxarı doğru taxta qaşıqla qarışdırırıq. Üzərinə ilıqlanmış yağı əlavə edib, qarışdırmağa davam edirik. Biskvit qəlibinin dibini azca yağlayıb, un səpirik. İçərisinə xəmiri töküb, 180 dərəcə isidilmiş sobada təxmini 40 dəqiqə bişiririk. Bu biskviti həm soyudub, üzərinə şəkər kirşanı səpərək, həm də kəsib arasını kremləyərək süfrəyə verə bilərsiniz.

III Qayda

Yumurtaların ağını sarısından ayırırıq. Ağını 2 qatına çıxanadək mikserlə çalırıq. Tədricən üzərinə şəkər tozu töküb, çalmağa davam edirik. Mikseri saxlamadan yumurtanın sarısını da bir-bir qarışıma tökürük.  Kənarda un və nişastanı birgə ələkdən keçiririk. Yavaş-yavaş qarışıma töküb, mikserin aşağı sürətində qarışdırırıq.  Biskvit qəlibinin dibinə yağlı kağız qoyub, üzərinə xəmiri tökürük. 160 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirdikdən sonra qəlibi sobadan çıxarıb, soyuduruq. Sonra qəlibin kənarını ehtiyatla açıb, biskviti çıxardırıq.

IV Qayda

Yumurtaları yumşaldılmış yağ və qatılaşdırılmış südlə mikser vasitəsilə çalırıq. Üzərinə ələkdən keçirilmiş un və sodanı töküb, qarışdırmağa davam edirik. Biskviti 180 dərəcə isidilmiş sobada 25 dəqiqə bişiririk.

NUŞ OLSUN!


vegetarianskii_biskvit_na_kefire-186938BİSKVİT

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий