İdeal səhər yeməyi “Kişmişli sırniklər”

Порций:   Время приготовления:

Səhər yeməyində doğmalarınızı razı salmaq istəyirsinizsə, kişmişli asan başagələn sırnik hazırlayın. Həm doyumlu, həm fərqli

SIRNik

Tərkibi:

  • 600 qr kəsmik
  • 2 ədəd yumurta
  • 2 x/q manna yarması
  • 2 x/q un
  • yarım ç/q duz
  • 1 paket vanil
  • 1 ovuc kişmiş
 
 

Hazırlanması:

Tel çırpıcı ilə yumurtaları çalın. Üzərinə kəsmik, manna, un, duz və vanili əlavə edin. Kütləni yaxşıca qarışdırıb,kişmişi də tökün. Xəmiri 30 dəqiqə kənarda saxlayın. Xəmirdən dairəvi formalar düzəldib, hər iki tərəfini una batırın. Tavada yağda qızardın. Hazır sırnikləri süfrəyə cem, mürəbbə, xama, bal və s. ilə verə bilərsiniz.

SIRN1

NUŞ OLSUN!

Digər Sırnik reseptimizlə də tanış ola bilərsiniz:  Sırnik

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий