İdeal süngər biskvit resepti

Порций:   Время приготовления: 1 saat

 

Əziz kulinarlar, bəzən hazırladığınız biskvit ürəyinizcə şişmir. Əhvalınızı pozmayın, peşəkar qənnadçıların hazırladığı ideal biskvit reseptini Sizə təqdim edirik.

Tərkibi:

  • 5 ədəd yumurta
  • 180 qr şəkər tozu
  • 150 qr əla növ buğda unu
  • 50 qr qarğıdalı unu (nişasta)
  • 1 ç/q vanil
  • 1 ç/q qabartma tozu

Hazırlanma qaydası:

Əziz dostlar, bildiyiniz kimi son dövrdə bir çox şirniyyat xəmirinə qarğıdalı nişastası əlavə olunur. Xüsusən Avropa mətbəxində krep, pankeyk və biskvitlərin hazırlanmasında bu undan istifadə olunur. Aşağdakı bəndlərə riayət edərək, arzuladığınız süngər biskviti bişirin.

  1. Buğda unu və qarğıdalı nişastanı qarışdırıb, 6 dəfə təkrar-təkrar ələyin. Un hazırdır.
  2. Otaq temperaturunda 5 ədəd yumurtanın ağını sarısından ayırın. Yumurtanın sarısına şəkər tozunun yarısını əlavə edib, mikserlə çırpın. Üzərinə vanil və qabartma tozu da töküb, 10 dəqiqə də, çırpmağa davam edin. Qarışımı kənara qoyun.
  3. Yumurtaların ağını 5 dəqiqə mikserlə çaldıqdan sonra yavaş- yavaş şəkər tozunun digər yarısını tökün. Təxmini qarışım 3 qatına qalxanadək mikserlə çırpmağa davam edin.
  4. Yumurta sarısının üzərinə bir miqdar un bir miqdar bezedən tökərək, taxta və ya plastmas qaşıqla aşağıdan yuxarı doğru ehtiyatla qarışdırın.Beləcə un və beze tam bitənədək davam edin.
  5. Hazır xəmiri biskvit qəlibinə töküb, səliqə ilə yayın. Öncədənisidilmiş 180 dərəcəlik sobada 25- 30 dəqiqə bişirin. Biskvit bişən müddətdə sobanın qapağını açmayın. 
    BİSKVİT    

Bu biskviti soyudub, istədiyiniz şəkildə kremləyib, bəzəyərək, dadlı tort hazırlaya bilərsiniz.

NUŞ OLSUN!

TORT

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий