İdeal xəmirin 4 sadə resepti

Порций:   Время приготовления:

120214140918-120214141528-p-O-testo-dlja-picci-s-olivkovim-maslomYoğurduğunuz xəmir ürəyinizcə alınmır? Maya istifadə etdiyiniz halda kifayət qədər qalxmır? Təqdim etdiyimiz 4 resept hər bir kulinarın işinə yarayacaq. Arzuladığınız xəmir işlərini bu reseptlərə əmanət edin.

 

 

 

 

Qatıqlı,mayalı xəmir
  • 1 stəkan qatıq
  • 0,5 stəkan bitki yağı
  • 1 x/q şəkər tozu
  • 1 ç/q duz
  • 1 ç/q quru maya
  • 2,5 stəkan un
5 dəqiqəlik xəmir
  • 2 ədəd yumurta
  • yarım ç/q duz
  • 1 stəkan un
  • 1 stəkan qatıq
  • 1 ç/q soda
Kəsmikli xəmir
  • 2 stəkan un
  • 200 qr kəsmik
  • 100 qr yumşaldılmış kərə yağı
  • 2/3 ç/q soda
  • 0,5 ç/q duz
  • 1 ədəd yumurta
  • 100 qr şəkər tozu
Xamalı xəmir
  • 1 stəkan xama
  • 2 stəkan un
  • 1 x/q şəkər tozu
  • 1 ç/q soda
  • 1 ç/q duz
  • 1 ədəd yumurta
  • 100 qr süd
  • 50 qr əridilmiş kərə yağı və ya marqarin
 

Hazırlanma qaydası:

Qatıqlı,mayalı xəmir

Mayanı otaq temperaturunda qatığa əlavə edib, qarışdırırıq. 10 dəqiqə gözlətdikdən sonra üzərinə bitki yağı, duz, şəkər tozu və un da əlavə edib xəmir yoğururuq. 1- 1,5 saat müddətinə acıyıb, qaxmağa qoyuruq. Xəmir hazırdır.

Əziz kulinarlar bu yağsız və yumşaq xəmir, yağda qızardılan şəkərsiz un məmulatları üçün ideal seçimdir.

5 dəqiqəlik xəmir

Sodanı qatıqla söndürüb, üzərinə yumurtaları,duz və unu əlavə edib, xəmir yoğurun. Bu xəmir çox yüngül, yaxşı şişən və ən əsası yağsız alınır. Onunla müxtəlif pirojoklardan tutmuş, pizzaya qədər hazırlamaq olar, bir şərtlə ki, içlik çox nəm olmasın.

Kəsmikli xəmir

Un, soda və duzu qarışdırın. Kənarda yağ və şəkər tozunu mikserlə çalın. Kəsmik və yumurtanı da əlavə edib, çalmağa davam edin. Unlu qarışımı kütləyə töküb, xəmir yoğurun. Bu xəmiri yoğurduqdan həmən sonra istifadə edə bilərsiniz. Ondan pryannik, qurabiyələr, müxtəlif içlikli pirojoklar və s. çox zərif və yumşaq un məmulatları alınır.

Xamalı xəmir

Xama, şəkər tozu, süd, un, yağ, soda və duzu qarışdırıb, xəmir yoğurun. Bu xəmir sadə qurabiyələr, tavada qızardılmış müxtəlif içlikli un məmulatları üçün idealdır.

NUŞ OLSUN!


testo-dlya-pirozkov-iz-suhih-drozzej
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий