İki rəngli qurabiyə

Порций: 5 nəfərlik   Время приготовления: 2 saat

0 (2)Çox asan hazırlanan və ağızda əriyən İki rəngli qurabiyələr.

 

 

Ərzaqlar:

  • Yumurta -1,5 ədəd
  • Şəkər tozu -1 st
  • Yağ - 250 q
  • Un – 4 -4,5 st
  • Kakao-40 q
  • Vanil- 1 ədəd
  • Qabartma tozu- 1 ç/q

Hazırlanması:

Otaq temperaturunda yumşalmış yağ şəkər tozu ilə qarışdırlır.Üzərinə bir yumurta qatıb yenidən qarışdırırıq.Unu, qabartma tozunu və vanili ələyirik və qarışıma əlavə edirik.

Alınan kütləni iki hissəyə ayırırıq. Ayırdığımız hissələrdən birinə kakao əlavə edirik. Hər iki kündəni soyuducuya qoyub, 30 dəqiqiə saxlayırıq.

Sonra kündələri, bir-bir yayırıq. Üst –üstə qoyuruq. Rulet şəklində bükürük və dilimləyirik. Siniyə kağız səririk və hazır peçenyeləri üzərinə yığırıq.

soba sinisi

Öncədən qazdırılmış sobada 180 dərəcədə 25-30 dəqiqə bişiririk.

rəngli qurabiyə

Nuş olsun!

 
Метки записи: