İrəvan kətəsi

Порций:   Время приготовления: 3 saat

Hazırda Ermənistan paytaxtı olan Erevan şəhəri Azərbaycan türklərinə məxsus tarixi ərazi olub. İrəvan sözünün mənası "ir" yəni "ər" və ya "kişi", "avan" sözü isə "ölkə", "yer" kimi tərcümə olunur. Bütövlükdə İrəvan "ərlər ölkəsi " anlamını daşıyır. Məhz bu variant dünya alimləri tərəfindən qəbul edilib. Ermənilər isə, əsassız şəkildə Erivan sözünü NUH peyğəmbərin adı ilə bağlayır və Erivan toponiminin onlara xas olduğunu iddia edirlər. İrəvan daim öz zəngin mədəniyyəti, təbiəti, mətbəxi ilə diqqət mərkəzində olub. 

Bugün tarixi bölgəmizə məxsus kətə hazırlayacağıq. İrəvan kətəsi uşaqlıqdan hər birimizin kətə kimi tanıdığımız və sevdiyimiz şirniyyat növüdür. 

Kətəni bişirmək üçün lazımi ərzaqlar:

Xəmir üçün:
  • 700 qr un
  • 200 qr kərə yağı
  • 200 qr xama
  • 1 ç/q soda
  • 1 ç/q sirkə
  • İçlik üçün
  • 300 qr un
  • 200 qr şəkər tozu
  • 100 qr kərə yağı
  • vanil
  • Üzünə vurmaq üçün 1 ədəd yumurta

Öncə xəmiri hazırlayaq. Un və yağdan umac hazırlayırıq.

Üzərinə xama və sirkədə söndürülmüş soda əlavə edib, yumuşaq xəmir yoğururuq.

Xəmiri kənara qoyub içlik düzəldirik. Eyni qaydada umac hazırlayıb, üzərinə şəkər tozu və vanil səpib qarışdırırıq. Xəmiri kündələrə ayırıb, oxlovla yayırıq. içərisinə içlik səpib bükürük.Dilikli bıçaqla istədiyimiz formada kəsirik. Dilikli bıçaqla kəsəndə kətələr daha gözəl görünür. Mənim dilikli bıçağım olmadığından adı biçaqla kifayətləndim. Kətələrə digər formalar da verə biərsiniz. Sonda kətələrin üzərinə yumurta vurub, sobada 200 dərəcədə 20 dəqiqə bişiririk. NUŞ OLSUN!

kete kete kete kete kete kete kete

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий