İskəndər kababı

Порций: 3 nəfərlik   Время приготовления:

qatıqTürk mətbəxinin ləziz kabab növlərindən olan məşhur İskəndər kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər adlı şəxs quzu ətini, düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Özünəxas ləzzəti ilə seçilən bu təam, “İskəndərin Dönər Kababı” adı altında öncə Bursaya sonra Türkiyəyə və nəhayət dünyaya yayıldı. Bu ləzzətli yeməyi, ev şəraitində hazırlamaq istərdinizmi?

Kababın tərkibi:

  • 500 qr quzu və ya mal əti
  • 5 x/q duru yağ
  •  duz, qaravə qırmızı istiot
  • 1 ç/q kəklikotu
  • baton çörəyi
Sous üçün:
  • 1 x/q kərə yağı
  • 1 ç/q bibər salçası
  • 1 ədəd  sürtgəcdən keçirilmiş  iri pomidor
  • duz, istiot
  • 0,5 st su
Üzəri üçün:
  • qatıq
  • duz
  • pul bibər
 

Hazırlanma qaydası:

Bütöv əti iti bıçaqla nazik dilimləyin. Ətin rahat kəsilməsi üçün, əvvəlcədən dondura bilərsiniz.  Dilimlərin üzərinə, istiot, kəklikotu səpib, bir neçə saat soyuducuda saxlayın. Sonra, duru yağda qızardıb, duz və istiotlayın.

Sous üçün ayrı bir tavada kərə yağını əridib, bibər salçası töküb, qovurun. Sürtgəcdən keçirdiyiniz pomidoru, duzu, qırmızı və qara istiotu və suyu da əlavə edib qatılaşana qədər bişirin.  Kub şəklində doğranmış baton çörəyini tavada və ya sobada qızardın.Yeməyi qoyacağınız qaba öncə qızarmış çörək parçalarını düzün.Üzərinə ətl dilimlərini qoyub, sousunu tökün. İskəndər kababını sadə və ya sarımsaqlı qatıqla süfrəyə verin. Nuş olsun!

iskəndər kababıkabab

Resept üçün Liza xanıma təşəkkürlər.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий