İspan bulkaları

Порций:   Время приготовления:
12733473_190540391302010_1422406061494738251_n Dadı və görünüşü ilə Sizi valeh edəcək İspan bulkaları (Enchiladas) hazırlayırıq.

Tərkibi:

Xəmir üçün:
  • 300 qr un
  • 1 ç/q quru maya
  • yarım ç/q duz
  • 50 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 2 x/q bitki yağı
  • 120 ml ilıq su
Yağlamaq üçün:
  • 100 qr əridilmiş kərə yağı
İçlik üçün (zövqə görə)
  • müxtəlif növ meyvə cemi
  • rəndələnmiş balqabaq, darçın və şəkər tozu
  • rəndələnmiş alma
Üzərinə səpmək üçün
  • şəkər kirşanı

Hazırlanması:

1. Bir qabda un, duz, maya və şəkər tozunu qarışdırıb, üzərinə digər ərzaqları da əlavə edib, 10 dəqiqə ərzində xəmir yoğurun. Xəmir yumuşaq, lakin ələyapışmayan olmalıdır. Xəmirin üzərini örtüb, ikimislinə qalxanadək gözləyin. 2. Xəmiri kündələrə bölün. Oxlovun köməyi ilə kündələri düzbucaqlı formasında açın. Hətta lap nazik olmağını istəyirsinizsə, yuxanı kənarlardan dartın. Daha sonra, yuxanın üzünü əridilmiş kərə yağı ilə yağlayın.  3. Yuxanın üzərinə uzununa içliyi səpin, və ehtiyyatla rulet formasında bükün.  Sonra ruleti ilbiz formasında bükün.  4. Bütün bulkaları bu qayda ilə hazırladıqdan sonra, soba qabına düzüb, üzərini dəsmalla örtün. Daha gözəl nəticə əldə etmək üçün, bulkaları isti yerdə 40 dəqiqə saxlayın. Bu zaman ilbizlər biraz da şişəcək. 5. Vaxt tamam olanda bulkaların üzərinə kərə yağı sürtüb, 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.  Bulkaları süfrəyə verərkən üzərinə şəkər kirşanı səpməyi unutmayın.

NUŞ OLSUN!
  12733473_190540391302010_1422406061494738251_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий