İspanaqlı siqara böreyi

Порций: 6 nəfərlik   Время приготовления: 40 dəqiqə

ispanaqlı siqara böreyiƏziz dostlar, sizə, asan başagələn və dadından doya bilməyəcəyiniz qəlyanaltı resepti təqdim edirik. Tərkibində ispanaq olduğu üçün həm də çox faydalıdır. İspanaqlı siqara böreyi türk mətbəxinin asan yeməkləri sırasındadır. Bu börek növü səhər yeməyi üçün də maraqlı ideyadır. 

Lazım olan ərzaqlar:

  • 12 ədəd xüsusi börek lavaşı və ya adi lavaş ( börek lavaşını marketlərdən əldə edə bilərsiniz)
  • 150 qr ağ pendir
  • 100 qr rəndələnmiş holland pendiri
  • 1 böyük ispanaq dəstəsi
  • duz, istiot
  • qızartmaq üçün yağ

Hazırlanma qaydası:

Siqara böreyi hazırlamaq üçün lavaşlar uzunsov üçbucaq formasında olmalıdır. Əgər marketlərdə tapmasanız, adi lavaşı bu formada kəsib, istifadə edə bilərsiniz. 

Öncə ispanağı yuyub, iri-iri doğrayırıq. Bitki yağında qızardırıq ki, suyu çəkilsin. İspanağın suyu quruyan kimi, ocağı söndürüb, duz və istiot səpirik. Üzərinə ovulmuş ağ pendir və əgər varsa rəndələnmiş holland pendiri də töküb qarışdırırıq. İçlik hazırdır. İçliyi lavaşın üzərinə şəkildəki formada qoyub, bükürük. Yağda bir neçə dəqiqə qızardıb, süfrəyə veririk. NUŞ OLSUN!


içliklavaşbörekbörek 2ispanaqlı siqara böreyi


 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий