Jülyen

Порций:   Время приготовления: 2 SAAT

Əziz kulinarlar, çoxsaylı təkliflərinizi nəzərə alıb, Jülyen hazırlayırıq. Tarixə nəzər salsaq görərik ki, əslində jülyen yemək adı olmayıb. Fransız mətbəxində şorba və salatlara əlavə edilən mövsüm tərəvəzlərinin incə doğranılma tərzi jülyen adlandırılırdı. Zaman keçdikcə jülyen dünya mətbəxinə ayrıca yemək növü kimi daxıl oldu. Bu isti qəlyanaltının əsas özəlliyi istifadə olunan ərzaqların jülyen formasında doğranması dır. Julienne həm də, qadın adıdır.
Jülyenin bir çox hazırlanma qaydası var . Bəzən tərkibinə müxtəlif növ göbələklər, bəzən isə fərqli souslar qatılır. Mənsə bugün sizinlə klassik, sadə və çox ləziz jülyenin reseptini bölüşəcəm.

  • Bizə lazım olacaq ərzaqlar:
  • 500 qr toyuğun döş əti
  • 400 qr şampinyon
  • 2 ədəd ortaölçülü soğan
  • 150 qr xama və ya qaymaq
  • 200 qr rəndələnmiş holland pendiri
  • Duz, istiot

Toyuğun sinə ətini yaxşıca yuyub, suda bişməyə qoyuruq. Soğanı və şampinyonu incə doğrayırıq. Kərə yağında öncə soğanı qızardırıq. Daha sonra şampinyonu da əlavə edib bişiririk. ət bişən kimi onu da xırda doğrayıb, göbələyə əlavə edirik. Duz, istiot səpirik.

Jülyeni hazırlamaq üçün qaymaq və un qarışımı və ya beşamel sousu istifadə etmək olar. Mən kalorisi az olsun deyə, sadəcə xama istifadə etdim. Jülyeni hazırlamaq üçün soba istiiyinə davamlı istədiyiniz formanı seçə bilərsiniz. Hətta qonaqlarınızın sayına görə də piti hazırlanan kiçik qablardan istifadə edə bilərsiniz. Əvvəl qaba jülyeni sonra xamanı əlavə edib, üzərinə holland pendiri səpirik. Sobada pendir əriyənədək bişiririk.

Jülyen isti qəlyanaltı sayılır və süfrəyə yeməkdən öncə isti halda verilir.

julyenjulyen

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий