Kabak qovurması

Порций: 2 nəfərlik   Время приготовления: 20 dəqiqə

kabacokDadlı və asan hazırlananan Kabak qovurması resepti ilə tanış olun. Bu yemək həmçinin pəhrizdə olanlar üçün doyumlu və bol vitaminli nahar sayıla bilər.

Tərkibi:

  • 2 ədəd kabak
  • 1 baş soğan
  • 2 ədəd yumurta
  • duz, istiot
  • bişirmək üçün bitki yağı

Hazırlanma qaydasl:

1 Soğanı xırda-xırda doğrayıb, yağda qızardın.

2 Kabakların qabığını soyub, ortadan bölün. Nazik-nazik doğrayıb, soğanın üzərinə əlavə edin. Tavanın qapağını bağlayıb. Kabakların bişməsini gözləyin.

3 10 dəqiqə bişdikdən sonra qapağı açıb, üzərinə yumurta, və zövqə görə duz, istiot vurun. Yumurta da bişdikdən sonra yemək hazırdır.

Kabak qovurması qatıqla da çox ləzzətli olur.

NUŞ OLSUN!
KABAK
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий