Kabakdan çox ləzzətli 3 yemək resepti

Порций:   Время приготовления: 15 dəqiqə

новый коллаж"Kabakdan qovurmadan başqa heçnə bişirmək olmaz" deyirsiniz? Elə isə ləziz və olduqca faydalı reseptlərimizi sınayın.

Lazım olacaq ərzaqlar:

Kabak piroqu
  • 2 st halqa- halqa doğranmış kabak
  • 4 ədəd yumurta
  • 2 yumurtanın ağı
  • 60 qr rəndələnmiş holland pendiri
  • 1 diş sarımsaq
  • 4 x/q bitki yağı
  • duz, istiot
  • zövqə görə doğranmış göyərti
Kabak kotleti
  • 2 ədəd kabak
  • 1 ədəd şirin alma
  • 4 ədəd kartof
  • 4 x/q manna yarması
  • 1 ovuc xırda doğranmış cəfəri
  • 2 ədəd yumurta
  • sarıkök, duz, istiot
  • bitki yağı
Kabak çubuqları
  • 1 ədəd kabak
  • yarım stəkan üyüdülmüş suxarı
  • 50 qr rəndələnmiş holland pendiri
  • 2 ədəd yumurta
  • duz, istiot
  • bitki yağı

Hazırlanma qaydaları:

Kabak piroqu

Tavada isidilmiş yağda xırda doğranmış sarımsağı 1 dəqiqə yandırmadan qızardın. Üzərinə doğranmış kabakı əlavə edib, duz və istiotlayın. Təxmini 5 dəqiqə az odda rəngi dəyişənədək, dilimləri ara-sıra çevirərək, bişirin. Tavanı ocaqdan götürüb, soyumağa qoyun. 4 yumurta və 2 yumurta ağına, xırda doğranmış göyərti və duz,istiot səpib çəngəlin dişi ilə qarışdırın. Yumurtanı bişmiş kabakın üzərinə töküb, tam hazır olanadək bişirin. Sonra yeməyin üzərinə rəndələnmiş holland pendiri səpib, 3-5 dəqiqə 180 dərəcəlik sobada bişirin. Kabak piroqu hazırdır.

KABAK

Kabak kotleti

Kartof, kabak və alma qabığından təmizlənib, sürtgəcdən keçirilir. Üzərinə yumurta, manna yarması, ədviyyatlar və doğranmış göyərti səpilib, yaxşıca qarışdırılır. Tavada isidilmiş yağa qaşıqla kütlədən əlavə edib, iki tərəfli qızardılır.

KABAK2

Kabak çubuqları

Kabakı yuyub, çubuq çəkilində doğrayın. Yumurtaları, rəndələnmiş pendiri, duz və istiotu  bir qabda çəngəllə qarışdırın. Çubuqları öncə qarışıma sonra isə, üuüdülmüş suxariya batırın. Soba sinisinə biraz bitki yağı əlavə edin. 180 dərəcə isidilmiş sobada hər iki üzü qızaranadək bişirin. Kabak çubuqlarını istədiyiniz sousla süfrəyə verə bilərsiniz.

KABAK1

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий