Kakaolu şirni

Порций:   Время приготовления: 30 dəqiqə

Əziz həmvətənlərim, son günlər ölkəmizdə baş verən iqtisadi çətinliyii nəzərə alıb, sizinlə ucuz və tez başa gələn kakaolu şirni resepti paylaşıram. Bu reseptlə hazırasanız dadından razı qalacaqsınız. 

Şirni bişirmək üçün bizə lazım olacaq:

  • 2 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 1 x/q kakao
  • 1 ovuc badam ( qoz və ya araxislə də əvəzləmək olar)
  • 1 çimdik daçın və ya vanil

Hazırlanma qaydası:

Badamı bıçaqla doğrayın. Süd, şəkər tozu və kakaonu qazana töküb qarışdırın. Ocağın üzərinə qoyub durmadan qarışdırmağa davam edin. Qaynayanda badami əlavə edib, yenə qarışdırın. Mayenin yavaş- yavash bərkidiyinin şahidi olacaqsınız. Darçını da töküb, qarışdırmağa davam edin. Qaşıqla qaldıranda damcılar çətin tökülürsə şirni hazırdır. Ocaqdan götürüb, ya boşqaba ya da kalkanın üzərinə tökün. Boşqaba töksəniz çox soyumağa qoymayın, yapışa bilər.

Kiçik kvadratlar formasında kəsib başqa bir qaba qoyun. Kakaolu şirniləri çay və ya qəhvə ilə süfrəyə verə bilərsiniz. Nuş olsun!

kakaolu shirni kakaolu shirni

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий