Kokoslu kakaolu keks

Порций: 6 nəfərlik   Время приготовления:

kakoslu keksKokoslu şirniyyatları sevənlər üçün çox yüngül və asan hazırlanan keks.

 

 

Ərzaqlar: 

  • Yumurta - 2 ədəd
  • Şəkər tozu -1,5 st
  • Qatıq- 1st
  • Yağ – 0,5 st
  • Un - 2,5 st
  • Kokos yarması -0,5 st
  • Kakao – 2 xq
  • Vanil
  • Qabartma tozu

Hazırlanması:

  • Yumurta və şəkər tozunu ağarana qədər təxminən 3 dəqiqə ağaranadək mikserlə çalırıq.
  • Üzərinə yağ əlavə edib yenidən qarışdırırıq.
  • Qatıq və vanil qataraq mikserlə çalmağa davam edirik.
  • Kokos yarması və kakao əlavə edirik.
  • Un və qabartma tozunu ələdikdən sonra kütləyə əlavə edərək, taxta qaşıqla qarışdırırıq.
  • Keksi bişirəcəyimiz formanı yağlayıb, kütləni qaba tökürük. Öncədən qızdırılmış sobada 180 dərəcədə 35-40 dəqiqə üstü qizarana qədər bişiririk.
Nuş olsun!
DSC_0051 DSC_0070 DSC_0073
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий