Karamel sousu

Порций:   Время приготовления:

FB_IMG_1457568890456Karamel, dondurma və tortlar üçün mükəmməl sousdur. Bu sousu evdə asanlıqla hazırlaya bilərsiniz. 

Karamelin tərkibi:

  • 1 stəkan şəkər tozu
  • 5 xörək qaşığı su
  • 5-6 damcı limon suyu 
  • 100 qr kərə yağı 
  • 100 qr  qaymaq
  • 1 çay qaşığı vanil

Şəkər tozu, limon suyu və 5 xörək qaşığı suyu bir tavaya töküb zəif odda qaynamağa qoyun. Tez- tez tavanı yelləyərək qarışmasını təmin edin.  Şəkər tozu qaynadıqca rəngi tündləşməyə başlayacaq.Südlü qəhvə rəngini aldıqda içinə kərəyağını qoyub əriyənədək qaşıqla qarışdırın. Daha sonra qaymaq əlavə edib sürətlə qarışdırmağa davam edin. Əridikdə ocaqdan götürüb, vanil əlavə edib 2 dəqiqə daha çırpmağa davam edin. Əgər içində qaymaq parçaları varsa əl blenderi ilə qarışdıra bilərsiniz. Bu zaman rəngi bir az  açılacaq. Karameli isti ikən şüşə qaba boşaldın. Otaq temperaturunu aldıqdan sonra, qapağını bağlayıb soyuducuda saxlayın. Bərkiyən karameli peçenyelərin, tortların, dondurmaların üzərini bəzəmək üçün, su hamamında əridərək istifadə etmək lazımdır.


FB_IMG_1457568890456

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий