Karamelli limonlu keks

Порций: 6 nəfərlik   Время приготовления: 1,5 saat

 Karamelli Keks2Karamel və limonlu keks reseptini Siz də sınayın.

Ərzaqlar:

  • Yumurta -2 ədəd
  • Şəkər tozu -1 st
  • Yağ -100 q
  • Xama-170 q
  • Un- 2 st
  • 1 ədəd limonun həm suyu həm də qabığı
  • Vanil
  • Qabartma tozu
Karamel üçün:
  • 1 st şəkər tozu
  • 1 st su
  • 0,5 st su + 1 çay qaşığı qarğıdalı nişastası 

Hazırlanma qaydası:

Karameli hazırlamaq üçün şəkər tozu ocaqda qəhvəyi rəng alana qədər qarışdırılır. Rəngi dəyişdikdən sonra üzərinə su əlavə edilir və qarışdırmağa davam edirik. Şəkər əvvəlcə möhkəm olacaq. Dayanmadan qarışdırın su qaynadıqca yavaş-yavaş əriyəcək. Təqribən 6 dədiqə vam odda qarışdırılır. Sonra üzərinə nişastalı su əlavə edilir və 5-7 dəqiqə ərzində ara-sıra qarışdırılır. Hazır olduqdan sonra əvvəlcə karamel bir az duru olur. Soyuduqca qatılaşacaq.

1) Yumurta və şəkər tozu ağarana qədər qarışdırılır.

2) Otaq temperaturunda yumşalmış yağı, xamanı əlavə edirik və yenidən qarışdırırıq.

3) Limon qabığını sürtgəcdən keçirib, limon suyu ilə birlikdə qarışıma əlavə edirik.

3)Vanil, qabartma tozu və unu birgə ələyirik və qarışımın içinə səpərək yaxşıca qarışdırırıq.

Alınan xəmiri yağlanmış qaba tökürük. 180 dərəcə qızdırılmış sobada, 30-35 dəqiqə müddətində bişiririk. Hazır keksin üzərinə karamel gəzdirib, süfrəyə veririk.

Nuş olsun!

Resept üçün Xanım xanıma minnətdarıq.


 Karamelli Keks3Karamelli Keks

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий