“Karmen” tortu

Порций:   Время приготовления:

imageÇoxdan axtardığınız Karmen tortunun sadə resepti saytımızda.

Tərkibi:

Xəmir üçün:
  • 1 stəkan un
  • 1/4 stəkan kakao
  • 1 ç/1 soda
  • 1 çimdik duz
  • 120 qr kərə yağı
  • 1 stəkan şəkər tozu (az da olar)
  • 1 stəkan süd
  • 1 ç/q sirkə
  • 1 ç/q vanil
Krem üçün:
  • 250 qr krem pendir (məsələn ancor)
  • 120 qr kərə yağı
  • 1/2 stəkan xama
  • 1 stəkan şəkər kirşanı
  • vanil(zövqə görə)
  • 1 stəkan albalı mürəbbəsi

Hazırlanma qaydası:

Un, kakao, soda və duzu qarışdırırıq. Yağ əridib, ilıq südə qatırıq. Südə həmçinin vanil və sirkəni də tökürük. Unlu qarışımla südlü kütləni bir-birinə qatıb, xəmir hazırlayırıq. Sobanı 180 dərəcədə isidirik. İki ədəd biskvit sinisinin dibinə perqament kağızı səririk. Sinilərin kənarlarını isə sadəcə yağlayırıq. Xəmiri iki bərabər hissəyə bölüb, qablara tökürük. 15-20 dəqiqə ərzində tam hazır olanadək bişiririk. Bu müddətdə krem hazırlayaq. Yumşalmış kərə yağı ilə pendiri mikserlə çalırıq. Xama, vanil, şəkər kirşanı da əlavə edib, qarışdırıb krem hazırlayırıq. Hazır korjları 10 dəqiqə soyudub, sonra qabdan ehtiyyatla çıxardırıq. Korjun birinin üzərinə kremdən sürtüb, albalı dənələrini düzürük. Sonra ikinci korju da döşəyib kremləyirik. Tortun hər tərəfini əridilmiş şokoladla örtüb, üstünü zövqə görə bəzəyə bilərsiniz. Karmen tortunu 1 saat soyuducuda gözlədib,sonra çay süfrəsinə təqdim edə bilərsiniz.

NUŞ OLSUN!


 скачанные файлы (11)

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий