Kartof kotleti (dranniki)

Порций: 3 nəfərlik   Время приготовления: 15 dəqiqə

DRANNİKİƏgər yemək hazırlamaq üçün cəmi 15 dəqiqə vaxtınız varsa mütləq bu yeməyi bişirin. Kartof kotleti və ya olladi əsasən şərqi Avropa mətbəxində dranniki adı ilə tanınan, sevilən təam sayılır. Əminəm ki, hazırladıqdan sonra siz də sevəcəksiniz.

Kartof kotleti hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 2 ədəd böyük ölçülü kartof
  • 1 baş soğan
  • 1 ədəd yumurta
  • 3 x/q un
  • 1 ovuc şüyüd
  • qızartmaq üçün yağ
  • duz, istiot

Hazırlanma qaydası:

Kartoflar və soğan yuyulub, qabığından təmizlənir. Sürtgəcin xırda gözündən keçirilir.  Soğan həm kotleti dadlı edəcək, həm də kartofu qaralmağa qoymayacaq. Üzərinə yumurta, un, xırda doğranmış göyərti və duz, istiot səpirik.  Qarışım hazırdır. Tavada yağı qızdırıb, qaşıqla töküb, hər iki tərəfini qızardırıq. Kotletlər hazırdır. NUŞ OLSUN!


drannikikartofelnie olladiDRANNİKİ

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий