Kartof qayıqları

Порций: 5 nəfərlik   Время приготовления: 3 saat

kartofƏziz kulinarlar, bugün sizinlə çox faydalı yemək resepti paylaşacam. Evinizdə ishtahsız balacalar varsa, bu xörək onların da diqqətini çəkəcək.
Bizə lazım olacaq ərzaqlar:

Lazım olan ərzaqlar

  • 5 ədəd kartof 300 qr dana əti
  • 1 baş soğan
  • 1 ədəd kabak (kabaçok)
  • 2 ədəd yerkökü
  • 2 x/q süd
  • 2 ədəd pomidor
  • 100 qr rəndələnmiş holland pendiri
  • 1 x/q kərə yağı
  • zeytun yağı, duz və istiot

Hazırlanma qaydası

Kartofları yaxşıca yuyub, folqaya büküb, sobada bişməyə qoyuruq. Bu vaxt ərzində əti balaca hissələrə ayırıb suda bişiririk. Ət bişdikdən sonra götürüb bir kənara qoyuruq. Soğanı xırda doğrayıb, yağda qızardırıq. Zeytun yağı çox faydalı olduğu üçün mən bu yağda qızartdım. Üzərinə sürtgəcdən keçirilmiş pomiodorları əlavə edib bir az da qızardırıq. Daha sonra artıq bişmiş əti, biraz bulyon, kiçik doğranmış kök və kabakı da töküb qarışdırıq. Üzərinə duz, istiot və zövqə görə istədiyimiz ədviyyatı da səpib 10 dəqiqə ətin suyu çəkilənədək bişiririk. Yeri gəlmişkən, biraz haşiyəyə çıxıb sizə son dövrdə kəşf etdiyim bir ədviyyat haqda məlumat vermək istəyirəm. Türmerik adlanan bu ədviyyat sarıkökün bir növüdür. Vətəni Hindistan sayılan türmerik, bir çox xəstəliklərin o cümlədən xərçəngin dərmanı sayılır. Bu ədviyyatı şəhərimizin hind mağazalarından əldə edə bilərsiniz. Mən artıq mətbəximdə sarıkökü türmeriklə əvəz etmişəm. Sizə də tövsiyyə edirəm. Tezliklə saytımızda bu ədviyyat haqda geniş məlumat paylaşacağıq.

Artıq kartoflar bişdi. Sobadan çıxarıb, folqadan ayırırıq. Bıcaqla iki hissəyə ayırıb, içərisini ehtiyyatla qaşıq ilə oyuruq. Oyduğumuz içliyə kərə yağı, süd və pendir əlavə edib, duz və istiotlayırıq. Yenidən kartofların yarısının içərisinə doldururuq. Digər yarısına isə bişirdiyimiz qarışımı qoyub 5 dəqiqə də sobada bişiririk. Zövqünüzə görə bəzəyib süfrəyə verə bilərsiniz. Nuş olsun!
kartofkartof kartof ədviyyat kartof kartof
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий