Kartoflu ciyər kotleti

Порций:   Время приготовления:

FB_IMG_1460202303944Bol vitaminli qida qaynağı olan ciyərin insan orqanizminə böyük faydası var. A vitamini və dəmirlə zəngin olan ciyər qan azlığını da aradan qaldırır .

Tərkibi:

  • 100 qr kartof
  •  600 qr mal qaraciyəri 
  •  zövqə görə ədviyyat  
  • 1-2 diş sarmısaq
  • 1-2 baş soğan
  • 1 yumurta
  •  bitki yağı
  • 2-3 çay qaşığı un
  •   2-3 çay qaşığı manna yarması
  • 1-2 çay qaşığımayonez (və ya xama)

Hazırlanma qaydası:

 Qaraciyəri doğrayıb yuyun. Yuyulmuş ciyəri ətçəkən maşının xırda gözündən çəkin.Tərəvəzləri təmizləyin. Kartof, soğan və sarmısağı rəndələyin. Bir qabda ciyəri və rəndələnmiş tərəvəzləri qarışıdırın. Üzərinə yumurta, un, manna yarması, ədviyyat və mayonez əlavə edib yaxşıca qarışdırın və 10 dəqiqə kənarda saxlayın. Tavaya qızartmaq üçün yağ töküb orta istilikdə qızdırın. Ciyər qarışığından bir qaşığın köməyi ilə kiçik hissələrlə tavaya töküb ikitərəfli qızardın. Bişən kotletləri salfet sərilmiş boşqaba düzün (yağını salfet çəksin deyə). Tərəvəz salatı və ya digər qarnirlə süfrəyə verin.

NUŞ OLSUN!

12212108_838825582930338_149753131_n

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий