Kartoflu krep

Порций: 20 ədəd   Время приготовления: 2 saat
FB_IMG_1463517017326 Krep reseptinə fərqli  ləzzət qatıb, həm asan, həm də çox dadlı pankeklər hazırlayın.  
 
 

Tərkibi:

  • yarım stəkan rəndələnmiş holland pendiri
  • 3 stəkan kartof püresi (soyudulmuş)
  • 2 xörək qaşığı doğranmış göy soğan
  • 1 yumurta
  • 1 stəkan un
  • qızartmaq üçün duru yağ
  • xama

Hazırlanması:

Geniş bir qabın içində rəndələnmiş pendir, kartof püresi, yumurta, göy soğan və unu qarışdırın.

Zövqə görə duz və istiot səpin.

Xəmirdən 12-14 ədəd kündə hazırlayıb, yumru toplar şəkilinə gətirin.

Yuvarladığınız topları növbə ilə yastılayıb, öncədən qızdırılmış yağlı tavada ikitərəfli qızardın.

Üzərinə zövqə görə xama töküb,süfrəyə verə bilərsiniz.

Nuş olsun!


FB_IMG_1463517017326

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий