Keks

Порций: 6 nəfərlik   Время приготовления: 1 SAAT

keksƏziz dostlar, ləzzətli və asan keks reseptini sizə təqdim edirik.

Keksin tərkibi:

  • 120 qr un
  • 4 ədəd yumurta
  • 100 qr şəkər tozu
  • 300 qr qatılaşdırılmış süd
  • 50 qr kərə yağı
  • 1 ç/q qabartma tozu
  • 1 paket vanil

Hazırlanma qaydası:

1 Öncə qatılaşdırılmış süd ilə yumurtaları mikserlə çalırıq. Üzərinə yumuşaldılmış kərə yağını əlavə edib, qarışdırmağa davam edirik.

2 Qarışımın üzərinə un və qabartma tozunu ələyirik. Sonra şəkər tozunun da əlavə edib, qarışdırırıq.

3 Hazır xəmiri unlanmış və yağlanmış formaya töküb, 150 dərəcədə 35 dəqiqə bişiririk.

4 Hazır keksi 10 dəqiqə qabın içərisində saxlayıb, soyumağını gözləyirik. Daha sonra formanın içərisindən çıxarıb, bir müddət də soyuduruq. Kəsib, süfrəyə veririk.

NUŞ OLSUN!


keks

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий