Kələm dolması

Порций:   Время приготовления:

dolmaMətbəximizin  ləzzətli dolma növlərindən biri də Kələm dolmasıdır. Bu dolma hər bölgəmizdə özünəxas şəkildə hazırlanır. Bugün isə noxudlu kələm dolmasının reseptini Sizə təqdim edəcəyik.

 

Tərkibi:

  • yarım kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı
  • 1 ədəd yumşaq kələm
  • 2 baş soğan
  • yarım stəkan yaxşıca yuyulub, süzülmüş yumru düyü
  • yarım ç/q nanə qurusu
  • 100 qr bişmiş noxud
  • 2 x/q əridilmiş kərə yağı
  • təxmini 1 ovuc göyəm turşusu
  • duz, istiot, sarıkök
Dolmanın üzərinə səpmək üçün sous
  • 2 ədəd pomidor
  •  baş soğan
  • qızartmaq üçün yağ

Hazırlanma qaydası:

Ət və soğanı ətçəkən  maşından keçirin. Qiyməyə quru nanə, sarikök,  duz, istiot, yumru düyü, əvvəlcədən isladılıb, qaynadılmış noxud, əridilmiş kərə yağı, göyəm turşusu əlavə edib qarışdırın.

qiymə

Kələm yarpaqlarını ayırıb, duzlu suda 3-5 dəqiqə qaynadıb, soyudun. Bərk yerlərini kəsin. Qazanın dibinə artıq qalmış bərk kələm yarpaqlarını düzün.Dolmaları büküb, qazana yığın. Üzərinə çıxacaq qədər su töküb qapağı bağlı qazanda bişirin. Dolmalar bişənə yaxın kərə yağında 1 baş soğanı xırda-xırda doğrayıb, az qızardın. 2 ədəd pomidorun qabığını soyub, sürtgəcdən keçirin. Soğanla bir yerdə qovurun. Yemək tam bişib yağa düşdükdən sonra, üzərinə qovrulmuş pomidor gəzdirin.

sous

Nuş olsun!

kələm dolmasıkələm dolması1dolma

Resept üçün Liza xanıma təşəkkürlər!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий