Kəsmikdən hazırlanan 3 ideal şirniyyat

Порций:   Время приготовления:

Kəsmikdən səhər yeməyi və çay süfrələriniz üçün 3 ləzzətli reseptlə tanış olun. Bu adı reseptlər deyil, ideal şirniyyatlardır.

kesmikli

 

 

 

 

Lazım olan ərzaqlar:

Kişmişli, bananlı kəsmik zapekankası
  • 500 qr kəsmik
  • 2=3 x/q manna yarması
  • 3 x/q şəkər tozu
  • 1 ədəd banan
  • yarım stəkan kişmiş
  • 3-4 x/q xama
 Kəsmikli keks
  • 5 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 5 qr vanil
  • 100 qr kərə yağı
  • yarım ç/q soda
  • 350 qr kəsmik
  • 150 qr un
  • zövqə görə ərik qurusu və ya kişmiş
Kəsmikli "Limonnik"
  • 6 ədəd yumurta
  • 750 qr yağsız kəsmik
  • 175 qr kərə yağı
  • 150 qr şəkər kirşanı
  • 85 qr manna yarması
  • 1 ədəd limon
 
 

Hazırlanma qaydaları:

Kişmişli, bananlı kəsmik zapekankası
Sobanı 180 dərəcəyədək isidin. Kişmişləri yuyun, kəsmiyəqatıb, qarışdırın. Üzərinə manna və şəkər tozunu da tökün.  Bananı da çəngəllə əzib, əlavə edin. Kütlə quru alınarsa, xama da tökə bilərsiniz. Yapışqan və duru xəmir əldə etməlisiniz. Xəmiri 2 qat folqa sərilmiş soba qabına tökün40 dəqiqə bişirin. Sonra üzərinə xama sürtüb, yenidən 15 dəqiqə bişirin. 
NUŞ OLSUN!
ZAPEKANKA1
ZAPEKANKA2
ZAPEKANKA
Kəsmikli keks
Yumurtaları çalıb, üzərinəşəkər tozu, vanil, əridilmiş yağ əlavə edin. Qarışdıra-qarışdıra soda, kəsmiyi də tökün. Kütlə tam alınandan sonra unu yavaş-yavaş üzərinə ələyin.  Hazır xəmiri yağlanmış keks qabına tökün. 180 dərəcə isidilmiş sobada təxmini 40 dəqiqə bişirin. Üzərini zövqə görə bəzəyib, süfrəyə verin.
NUŞOLSUN!
KEKS
Kəsmikli "Limonnik"
Limonu yuyub, qabığını sürtgəcdən keçirdin. 2-3 x/q limon suyu sıxın. Yağə şəkər tozu ilə qarışdırın. Üzərinə rəndələnmiş limon qabığı və limon suyu töküb, qarışdırmağa davam edin.Növbə ilə yumurtaları, manna yarmasını və kəsmiyi töküb, qarışdırın. Xəmiri yağlanmış keks formasına töküb, 180 dərəcə isidilmişsobada 50-60 dəqiqə bişirin. Limonniki 30 dəqiqə qabın içində soyudun. Sonra ehtiyyatla qabdan çıxardın. Bu ideal səhər yeməyini bal və ya mürəbbə ilə yemək olar. NUŞ OLSUN! limonnik1  
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий