Kəsmiklə hazırlanan 3 ləziz şirniyyat resepti

Порций:   Время приготовления:
 Kəsmikdən hazırlanan 3 ideal şirniyyat resepti ilə tanış olun. Uşaqdan böyüyə hər kəs bu desertləri çox sevəcək.
 
 

Ərzaqlar:

Giləmeyvəli kəsmikli piroq Piroq üçün:
  • 80 qr kərə yağı(otaq temperaturunda yumuşaldılmış)
  • 1 yumurta
  • 0,5 çay qaşığı söndürülmüş soda
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 stəkan un
Kəsmikli içlik:
  • 500 qram  kəsmik
  • moruq, qarağat 9digər giləmeyvələr də olar)
  • 0,5 stəkan şəkər tozu
  • 2 yumurta
  • 1 xörək qaşığı manna yarması
  • 100 qr xama
  • 1/3 xörək qaşığı vanil
Sufle:
  • 3 yumurta ağı
  • 3 xörək qaşığı şəkər tozu
  • bir çimdik duz
Kəsmikli,kakaolu piroq Xəmiri üçün:
  • 125 qr otaq temperaturunda kərə yağı
  • yarım stəkan şəkər tozu
  • 2 ədəd yumurta
  • 1,5 stəkan un
  • 2 xörək qaşığı kakao
  • 0,5 çay qaşığı söndürülmüş soda
  • 1 çay qaşığı qəhvə
  • 3 xörək qaşığı qaynar su
İçlik üçün:
  • 300 qr kəsmik
  • 1/2 stəkan şəkər tozu
  • 1/2 çay qaşığı vanil
  • 2 ədəd yumurta
  • Zövqə görə giləmeyvə
Kral vatruşkası
  • 2 stəkan un
  • 150 qr dondurulmuş yağ
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 çimdik duz
  • 1 çimdik soda
İçlik üçün:
  • 500 qr kəsmik
  • 4 yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 paket vanil
  • üzüm qurusu(isladılmış)

Hazırlanması:

Giləmeyvəli kəsmikli piroq

Piroq üçün kərə yağı, yumurta, şəkər tozu, soda və un töküb xəmir hazırlayın. Soyuducuda 30 dəqiqə saxlayın.  Bu müddətdə kəsmikli içliyi hazırlayın. Kəsmik, xama, yumurtalar, manna yarması və vanili yaxşıca qarışdırın. Üzərinə giləmeyvələri də səpin. Xəmiri soyuducudan götürüb, diametri 23 sm olan dairəvi siniyə yayım. Üzərinə  kəsmik içliyi töküb 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin. Sufle üçün yumurta ağı şəkər tozu və 1 çimdik duzu mikserlə çırpın. Soyuyan piroqun üzərinə sufleni yayıb qızılı rəng alanadək yenidən təxmini 10 dəqiqə bişirin. Piroq hazırdır.

13652611_916339481845614_1222419059_n

Kəsmikli,kakaolu piroq

Öncə kərə yağı, şəkər tozu, yumurta və sodanı çırpın. Unu kakao ilə ələyib, qarışdırın. Unlu qarışığı yumurtalı qarışığa əlavə edib mikserlə çalın.  2 x/q qaynar suda qəhvəni dəmləyib, kütləyə töküb qarışdırın. İçlik üçün kəsmik ilə şəkər tozu, yumurta və vanili qarışdırın. 20 sm diametri olan soba sinisini yağlayıb xəmiri siniyə tökün(xəmirdən biraz saxlayın). Xəmirin üzərinə kəsmikli içliyi töküb giləmeyvəni düzün. Qalan xəmiri istəyə görə krem torbasıyla səliqəsiz şəkildə giləmeyvənin üzərinə tökün.180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.

13625157_916450978501131_135606934_n

Kral vatruşkası

Dondurulmuş yağı rəndələyin,un,şəkər tozu,duz və soda əlavə edib xəmir yoğurun.  Kəsmik, yumurta, vanil, şəkər tozunu qarışdırıb, içlik hazırlayın. Yağlanmış soba sinisinə xəmirin 2/3 ni yayıb,üzərinə içliyi tökün.İçliyin üzərindən kişmiş səpib, qalan xəmiri üzərinə yayın. Öncədən 180 dərəcə isidilmiş sobada 40-50 dəqiqə bişirin.

NUŞ OLSUN!

P1030743

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий