Kəsmiklı albalı piroqu

Порций: 10 dilim   Время приготовления: 1saat 15 dəqiqə

Təqdim etdiyimiz piroq turşməzə albalı və şirin kəsmikli içliyin ləzzətli vəhdətidir.

Ərzaqlar:

Xəmir üçün:
  • 200 qr un
  • 1 ədəd yumurta
  • 80 qr kərə yağı və ya marqarin
  • 1 x/q qaymaq
  • 1 x/q şəkər kirşanı
  • 1 çimdik duz
İçlik üçün:
  • 200 qr kəsmik
  • 100 qr şəkər kirşanı
  • 1 ədəd yumurta
  • 300 qr albalı
  • 100 ml qaymaq
  • 1 x/q kartof nişastası
  • 1 çimdik vanil
 

Hazırlanması:

Çırpıcı ilə yumurta və 1 x/q qaymağı qarışdırın. Yağı əridib, duz və şəkər kirşanı ilə qarışdırıb, yumurtalı kütləyə əlavə edin. Unu da yavaş-yavaş səpib, xəmir yoğurun.

Digər qabda içlik hazırlayın. Kəsmik, yumurta, şəkər kirşanı, vanil, nişasta və qaymağı qarışdırın. Albalıların çəyirdəklərini təmizləyib, süzgəcin üzərinə tökün ki, şirəsini buraxsın. Albalı şirəsindən 1 x/q içliyin üzərinə tökün. İçlik duru alınıbsa içinə 1 x/q un da qatıb, qarışdıra bilərsiniz. Piroqu bişirmək üçün istifadə edəcəyiniz soba qabının dibinə perqament kağızı sərin. Üzərinə xəmiri qoyub, əlinizlə yayın ki, xəmir qabın kənarlarına kifayət qədər yapışsın. İçliyi də töküb, üzərinə albalı dənələri qoyun. 190 dərəcə isidilmiş sobada 45-50 dəqiqə bişirin.

NUŞ OLSUN!


Kesmikli_albali_piroqu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий