Arıqlayanlar üçün kəsmikli Rafaello konfetləri

Порций: 15 ədəd   Время приготовления:

KESMIKLI1Arıqlamaq istəyən və dietada olanlar üçün çayla içməyə ideal Rafaello konfeti resepti təqdim edirik.

Ərzaqlar:

  • 250 qr yağsız kəsmik
  • 1 ədəd banan
  • 80 qr yulaf kəpəyi
  • 15 qr bal
Batırmaq üçün:
  • kokos yarması, küncüt və s istifadə etmək olar
İçlik üçün:
  • 15 ədəd ərik qurusu
  • 15 ədəd badam

Hazırlanması:

Banan və kəsmiyi blenderlə əzib, pure halına gətirin.  Yulaf kəpəyini töküb, xəmir yoğurun. Xəmiri sellofana qoyub, soyuducuda 1 saat saxlayın.  Bu müddətdə içliyi hazırlayın. Ərik qurusunu isti suda isladıb, xırda-xırda doğrayıb, eyni qaydada doğranmış badam əlavə edirik. Hər ikisiniqarışdırırıq. Xəmiri soyuducudan çıxardıb, 15 hissəyə bölürük. Hər birini əlimizlə açıb, içərisinə içlik qoyuruq.  Kürə şəkilinə gətiririk. Hazır kürəciklərikokos yarması, küncüt və s.  hər tərəfli batırırıq. Yağlı kağız sərilmiş soba sinisinə düzürük. 180 dərəcəisidilmiş sobada 10 dəqiqə bişiririk. Dietik konfetləri soyudub, nuş edə bislərsiniz.


KESMIKLI1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий