Kəsmikli möcüzə

Порций:   Время приготовления:

1958224_485290221678603_659193708671677120_nBu şirniyyat faydalı olduğu qədər, həm də çox ləzzətlidir. 

Tərkibi:

Xəmir üçün
  • 300 qr marqarin
  • 3 stəkan un
  • yarım ç/q qabartma tozu
  • 1 stəkan qatıq
İçlik üçün
  • 500 qr kəsmik
  • 1 stəkan şəkər tozu
  • 1 ç/q vanil
  • 1 yumurtanın ağı
Üzərinə çəkmək üçün 
  • yumurtanın sarısı

Hazırlanma qaydası:

1. Öncə marqarini bıçaqla doğrayın. Üzərinə un və qabartma tozu əlavə edin. Qarışıma qatıq da töküb, xəmir yoğurun. Xəmiri 3 kündəyə bölüb, sellofanın içinə qoyub, 1 saat soyuq yerdə saxlayın. 2.  Kəsmiyi şəkər tozu və vanillə qarışdırın. Yumurtanın ağını köpüklənənədək çırpıb, qarışıma əlavə edin. İçlik hazırdır. 3. Kündələri 3 mm qalınlığında oxlovla yayın. İçərisinə içlik qoyub, rulet formasında bükün. Bıçaqla kiçik kvadratlar kəsib, hər birinin üzərinə yumurta sarısı sürtün. 180 dərəcəlik sobada 30 dəqiqə bişirin.

NUŞ OLSUN!
  1958224_485290221678603_659193708671677120_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий