Kəsmikli piroq

Порций: 12 dilim   Время приготовления: 1 saat

11136711_1566091457006113_141314047910960537_nKəsmiklə hazırlanan piroq reseptimizi çox sevəcəksiniz.

 

 

Ərzaqlar:

  • Un -400 qram
  • Kəsmik -500 qram
  • Kərə yağı -250 qram
  • Kakao -4 x/q
  • Ymurta -4 ədəd
  • Şəkər tozu - 350 qram
  • Vanil - 1 ç/q
  • Kartof nişastası -3 x/q
  • Xama - 100 qram
   

Hazırlanması:

  1. Yumşaldılmış kərə yağını 150 qr şəkər tozu ilə qarışdırırıq.
  2. Kakaonu unla qarışdırıb, yağlı kütləyə əlavə edirik. Əlimizlə umac hazırlayırıq. Soba qabına yağlı kağız sərib, umacın yarısını səliqə ilə üzərinə töküb, hamarlayırıq.
  3. İçliyi hazırlayırıq. Bunun üçün kəsmiyi yerdə qalan şəkər tozunun digər yarısı və vanillə birgə qarışdırırıq. Üzərinə yumurta və xamanı da töküb, blenderlə çalırıq. Üzərinə nişasta səpib, yenidən qarışdırırıq.
  4. Hazır içliyi də, soba qabına tökürük. Üzərinə isə umacın digər hissəsini əlavə edirik.
  5. Piroqumuzu 190 dərəcə isidilmiş sobada, 45 dəqiqə bişiririk.

Dadlı Kəsmikli şirniyyatı çay süfrəsində nuş edə bilərsiniz.


11136711_1566091457006113_141314047910960537_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий