Kəsmikli şarlotka

Порций:   Время приготовления:

Kəsmik o qədər faydalı ağartı məhsuludur ki, mütləq gündəlik rasionumuza daxil etməliyik. Onu hər dəfə fərqli təamda sınamaq istəyənlər üçün isə, saytımızda onlarla kəsmikli şirniyyat resepti var. Bu gün də, Kəsmikli şarlotka hazırlayırıq.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 50 qr un
  • 30 qr vanil
  • 2 böyük alma
  • 250 qr  kəsmik
  • 1 çay qaşığı qabartma tozu
  • 150 qr şəkər tozu

Hazırlanması:

Öncə yumurtaları şəkər tozuyla çırpın, un və 1 çay qaşığı qabartma tozu əlavə edib, çırpmağa davam edin. Alınmış kütləyə kəsmik əlavə edib yaxşıca qarışdırın. Almaların qabığını soyub kub-kub doğrayıb xəmirə əlavə edin və qaşıqla qarışdırın. Şarlotkanı bişirəcəyiniz formaya yağlı kağız sərin və xəmiri formaya töküb sobada bişirin.

FB_IMG_1480804519467

Nuş olun!

Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий