Kəsmikli, şokoladlı keks

Порций: 12 dilim   Время приготовления: 1 saat

 

Tərkibi

Xəmir üçün:
  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 1 stəkan duru yağ
  • 2 stəkan un
  • 2 x/q kakao
  • 1 ç/q vanil
  • 1 ç/q qabartma tozu
İçlik üçün:
  • 250 qr kəsmik
  • 1 ədəd yumurta
  • 1 stəkan kokos
  • 1 stəkan şəkər kirşanı

Hazırlanması:

Öncə içliyi hazırlayırıq. Belə ki, içlik üçün nəzərdə tutulmuş bütün ərzaqları qarışdırıb, kənara qoyuruq.

Keksi hazırlamaq üçün öncə şəkər tozu və yumurtaları köpüklənənədək mikserlə çalırıq.

mixer

Üzərinə yağ və süd əlavə edib, qarışdırmağa davam edirik. 

maslo

moloko

Qarışdıraraq, kakao da tökürük.  

kakao

Ayrıca qabda un, vanil və qabartma tozunu qarışdırırıq. Ələklə yavaş- yavaş qarışıma səpirik. 

Qaşıqla qarışdırırıq.

vanilin

 

Xəmirin yarısını isidilmiş və yağlanmış keks qəlibinə tökürük. 

testo

Sonra içliyi kiçik toplar formasında yumrulayıb, xəmirin üzərinə düzürük. 

nacinka

Xəmirin qalan hissəsini də töküb, 50 dəqiqə bişiririk. 

keks

Hazır keksin üzərinə zövqə görə şəkər kirşanı səpmək olar. Nuş olsun! 

keks1

Resept üçün Sevinc xanıma minnətdarıq.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий