Kəsmikli vatruşka

Порций:   Время приготовления:

12924463_989990774429354_139748865805820861_nKəsmik sevənlər üçün, növbəti,ləzzətli şirniyyat növünü təqdim edirik. Kəsmikli vatruşkalar...

Tərkibi:

Xəmir üçün
  • 1 st süd
  • 400 qr un
  • 2 x/q şəkər tozu
  • 1 yumurta
  • 50 qr kərə yağı
  • 1 ç/q maya
  • 1 ç/q duz
İçlik
  • 300 qr kəsmik
  • 1 yumurtanın sarısı
  • 2 x/q xama
  • 4 x/q şəkər tozu
  • 40 qr kərə yağı
  • 1 ovuc kişmiş (zövqə görə)
Üzərinə çəkməyə
  • 1 yumurtanın sarısı

Hazırlanma qaydası:

Xəmir üçün nəzərdə tutulmuş bütün ərzaqlar otaq temperaturuna gətirildikdən sonra yumuşaq xəmir yoğrulub, 2 saat müddətində acıdılır. Xəmir acıdıqdan sonra birdə yoğrulub 30-40 dəqiqə də acıdılır. Vaxt tamam olduqda xəmir dəzgahın üzərinə qoyulub,  kiçik kündələr hazırlanır. Kündələrin üzərinə dəsmal sərilib, 15 dəqiqə də gözlədilir.

Xama, şəkər tozu, yağ, kəsmik, yumurta sarısı və kişmiş qarışdırılır. İçlikhazırdır.

Kündələrin arası stəkanla açılır. Arasına  içlik qoyulur. Üzərinə yumurta sarısı çəkilib, 200 dərəcə qızdırılmış sobada, üzəri qızaranadək bişirilir.

12924463_989990774429354_139748865805820861_n

Dadına doyum olmayan Vatruşkaları, günün istənilən saatında nuş edə bilərsiniz.

vatruşkakəsmikli vatruşka

Resept üçün Liza xanıma təşəkkürlər.  
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий