Kəsmikli xəmirdən ləzzətli rulet

Порций:   Время приготовления:

kesmiklix5Kəsmikli xəmirdən olduqca dadlı və faydalı ruletin izahlı resepti ilə tanış olun.

Tərkibi:

 Xəmiri üçün:
  • 200 qr un
  • 100 qr kərə yağı
  • 200 qr kəsmik
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çimdik duz
İçlik üçün:
  • 2-3 ədəd alma
  • 50-100 qr üzüm qurusu(kişmiş)
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı limon suyu
Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı

Hazırlanması:

Kəsmikli xəmir üçün un, kərə yağı, kəsmik, qabartma tozu və duz töküb xəmir yoğurun. Yoğurduğunuz xəmiri streç sellofana büküb yarım saatlıq soyuducuya qoyun.

kesmiklix

İçlik üçün almaları təmizləyib kub formasında doğrayın.Kəsilən almalara limon suyu səpin.Yuyulmuş və suyu çəkilmiş quru üzümləri və şəkər tozunu əlavə edib qarışdırın. İstəyə görə darçın əlavə edə bilərsiniz.

kesmiklix1

Soyuducudan götürdüyünüz xəmiri 2 hissəyə ayırın. Hər hissəni bir nazik qat şəklində yayıb içliyi bölüşdürün.

kesmiklix2

Rulet formasında büküb üstünə yumurta sarısı çəkin.

kesmiklix3

200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

kesmiklix4

Kəsmikli xəmirdən hazırlanmış ruletin üzərinə şəkər kirşanı səpib süfrəyə verin.

kesmiklix5

Nuş olsun!

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий