Kiev kotleti

Порций: 6 nəfərlik   Время приготовления: 2 saat

kiev kotleti, püreUkrayna mətbəxinin əvəzolunmazı sayılan Kiev kotleti hazırlayırıq.

Lazım olan ərzaqlar:

  • 2 ədəd toyuğun döş əti
  • 200 qr suxarı
  • 2 ədəd yumurta
  • 50 qr kərə yağı
  • bitki yağı
  • duz, istiot

Kiev kotletinin hazırlanma qaydası:

Öncə toyuğun döş ətini nazik- nazik doğrayırıq. Ətdöyənlə hər iki tərəfinə vuraraq, daha da incələşdiririk. Ehtiyyat etmək lazımdır ki, çox da əzilməsin.  Daha sonra hazır ətlərə duz və istiot səpirik. Arasına kiçik ölçüdə kərə yağı kəsib, qoyuruq. Əti büküb, əlimizlə kənarlarını möhkəm sıxırıq. Növbə ilə yumurta və suxarıya batırırıq. Bu prossesi 2 dəfə təkrarlayırıq. Bol bitki yağında qızardıb, istənilən qarnirlə süfrəyə veririk. Mən püreni seçdim. NUŞ OLSUN!


kiev kotletikotletkiev kotleti, püre

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий