“Kiev” tortu

Порций:   Время приготовления:

kiev_cakeBir zamanların ən məşhur "Kiev" tortunu xatırlayırsınızmı? Ad günləri, qonaqlıq süfrələrimizdən əskik olmayan bu şirniyyatı yenidən bişirə bilərsiniz.

Tərkibi:

Korju üçün:
  • 6 yumurta ağı
  • 1,5 stəkan şəkər tozu
  • 1 stəkan qoz və ya fındıq(çox xırda doğranmamış)
  • 3 xörək qaşığı nişasta
Kremi üçün:
  • 3 yumurta sarısı
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 300 qr kərə yağı
  • 1 xörək qaşığı kakao

Hazırlanma qaydası:

Öncə korju hazırlayın.  Yumurta ağını mikserlə ağaranadək çırpın. Az-az şəkər tozu əlavə edərək çırpmağa davam edən.Kraxmalı yumurta ağlarının üzərinə ələyin və xırda doğranmış qoz və ya fındıq töküb qarışdırın.Hazırladığınız kütləni yağlı kağız sərilmiş soba sinisə töküb yayın.170 dərəcə qızıdırılmış sobada 20 dəqiqəlik bişirin,daha sonra sobanın dərəcəsini 150 dərəcəyə artırın və 1 saat 40 dəqiqə bişirib, soyudun.

Kremi üçün yumurta sarısı, şəkər tozu və südü bir qaba töküb, qarışdırın. Bişirib, soyudun.Yumşaldılmış kərə yağını qaşıq-qaşıq soyuyan qarışığa əlavə edərək mikserlə çırpın. Kakao əlavə edərək yenə çırpın.

Korju iki hissəyə bölüb, arasına krem yaxın. Üzərini və kənarlarını zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!


kievskiy

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий