“Kirpi” pirojnası

Порций: 6 nəfərlik   Время приготовления: 50 dəq

ww"Kirpi" pirojnası olduqca dadlı şirniyyat növüdür. Bir sözlə, mini tortdur.

Ərzaqlar:

  • Yumurta -4 ədəd
  • Şəkər tozu -1 st
  • Xama- 200 q
  • Yağ - 150 q
  • Un - 2,5 st
  • Qoz-100q
  • Vanil
  • Qabartma tozu
Krem üçün:
  • 1 banka qatılaşdırılmış süd
  • 120 qr yağ

Hazırlanma qaydası:

Krem üçün: Yumşalmış yağ mikserlə çalınır və üzərinə qatılaşdırılmış süd əlavə edilir və çalınır. Krem biskvit bişənə qədər soyuducuda saxlanılır.

Biskvitin yumşaq olması üçün, yumurtanın ağı və sarısını ayrı-ayrı çalmaq lazımdır. Yumurtanın ağına bir az duz qataraq, qatılaşana qədər çalınır. Digər qabda şəkər tozu əriyənədək, yumurta sarısı ilə birgə mikserlə qarışdırılır. Üzərinə otaq temperaturunda yumşalmış yağ və xamanı əlavə edib, çalmağa davam edirik. Un, qabartma tozu və vanili qarışımın üzərinə ələyərək, taxta qaşıqla qarışdırırıq. Sonda yumurtanın ağını kütləyə töküb, yavaş-yavaş qarışdırmağa davam edirik. Hazır kütləni perqament sərilmiş soba qabına tökürük. Biskviti 170 dərəcədə əvvəlcədən qızdırlımış sobada 30-35 dəqiqə ərzində bişirik.

d (1)

Biskvit soyuduqdan sonra yumru formalarla kəsilir.

dd

Yerdə qalan biskvit hissələri əllə ovulur, üzərinə xırda-xırda doğranmış qoz əlavə ədilir. Dairələr ortadan, eninə 2 hissəyə ayrılır. İçərilərinə krem sürtülüb, üst-üstə qoyulur. Üzəri və kənarları da kremlənib, ovuntu və qoz qarışımı səpilir. Kirpi pirojnamız hazırdır.

d (2)

ww

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий