“Kişi idealı” tortu

Порций:   Время приготовления:
13624502_913186352160927_1494602550_nQatılaşdırılmış südlə hazırlanan bütün tortlar həmişə dadlı və doyurucu olur. Ən dadlı desertlərdən biri də Kişi idealı tortudur.Hazırlanması çətin olmayan Kişi ideal tortunun resepti ilə tanış olun.

Tərkibi:

Xəmiri üçün:

  • 1 stəkan şəkər tozu
  • 2 stəkan un
  • 3 yumurta
  • 1/2 stəkan qoz
  • 1 xörək qaşığı konyak(əlavə etməmək də olar)
  • 1 çay qaşığı soda
  • 3 xörək qaşığı bal

Kremi üçün:

  • 1 banka qatılaşdırılmış süd(bişmiş)
  • 250 qr kərə yağı
  • 1/2 stəkan qoz

Ara qatı üçün:

  • 1/2 stəkan qara çay
  • 3 xörək qaşığı konyak(zövqə görə)

Hazırlanması:

 Öncə yumurtaları şəkər tozuyla çırpın, xırdalanmış qoz əlavə edin.Hazır olan kütləyə bal və konyak(istəyə görə) tökün, soda və un əlavə edib yaxşıca qarışdırın.Hazırladığınız kütləni yağlanmış soba sinisinə tökün yaş əlinizlə düzləşdirin. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.  Sonra biskviti 2 və ya 3 hissəyə bölün.
Ara qatı üçün tünd qara çay dəmləyin.Soyuyan çaya konyak(istəyə görə) əlavə edin.
Kremi üçün yumşaldılmış kərə yağı ilə qatılaşdırılmış südü çalın.
Korjların arasını konyaklı çayla isladın, krem yaxın və xırdalanmış qoz səpin. Zövqə görə bəzəyin.
Tortumuz hazırdır!
Nuş olsun!
 13624502_913186352160927_1494602550_n13595811_913193895493506_2029518208_n
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий