Kişmişli biskotti

Порций:   Время приготовления: 1 saat

FB_IMG_1464325967115İtaliya mətbəxinin ən məşhur şirniyyatlarından olan Biskotti resepti ilə tanış olun.

Tərkibi:

  •  240 qr un
  • 2 ədəd yumurta
  • 0,5 çay qaşığı qabartma tozu
  • 80 qr şəkər tozu
  • 150 qr qara kişmiş

Hazırlanma qaydası:

Öncə yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını şəkər tozu ilə yaxşıca çalın. Yumurtaların sarısını da kütləyə qatıb, qarışdırın. Qabartma tozu ilə birgə ələnmiş unu və kişmişi də əlavə edin. Xəmir yapışqan alınmalıdır. Soba sinisinə yağlı kağız sərin. Xəmirə əlinizlə nazik və uzunsov çörək şəkili verib, hamarlaşdırın. Öncədən 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Soyuyan biskottini qalınlığı 1,5 sm. olan dilimlərə doğrayıb, siniyə düzün. Yenidən 10-15 dəqiqə rəngi qızıla çalana kimi sobada bişirin.

Nuş olsun!


FB_IMG_1464325967115

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий