Kişmişli bulka

Порций:   Время приготовления: 3,5 SAAT

Kishmishli BulkaKişmişsevərlər üçün Kişmişli bulka reseptini təqdim edirik.

Tərkibi:

  • 500 ml süd
  • 3 ədəd yumurta
  • 100 qr əridilmiş kərə yağı
  • 1 stəkan şəkər tozu
  • 1 ç.q maya
  • 1 ç.q duz
  • 200 qr kişmiş
  • apardığı qədər un

Hazırlanma qaydası:

Öncə südü ilıq olanadək qızdırırıq. Süddən yarım stəkan götürüb, içərisində quru mayanı həll edib, 10 dəqiqə gözlədirik.  Yumurtaları, əridilib, soyudulmuş yağı, duzu, şəkər tozunu, yerdə qalan südü, kişmişi xəmir yoğuracağımız qaba tökürük. Üzərinə südlü mayanı da əlavə edirik. Unu yavaş- yavaş qarışımın üzərinə ələyərək yumşaq, lakin ələ yapışmayan xəmir yoğururuq. Xəmirin üzərini sellofanla örtüb, odealla bağlayıb, 2 saat acımağını gözləyirik. Vaxt tamam olanda xəmirdən kündələr  hazırlayıb, üstünə dəsmal sərib, 20 dəqiqə də acıdırıq. Sonra kündələrin üzərinə yumurta sarısı çəkib, 180 dərəcə isidilmiş sobada, qızaranadək bişiririk.

NUŞ OLSUN!

Resept üçün Liza xanıma təşəkkür edirik.

Kishmishli Bulka2

Метки записи: