Kişmişli kəsmik keksi

Порций: 22-24   Время приготовления:

Bu gün, kişmişli kəsmik keksi reseptini paylaşırıq.

Tərkibi:

  • Un 300g;
  • Kərə yağı 100qr
  • Şəkər 300 qr
  • Kəsmik 250 qr
  • Yumurta 3 ədəd
  • Kişmiş 100-150qr
  • qabartma tozu- 1 çay qaşığı.
  • Süd 1/2 stəkan

Hazırlanması

  1. Yumşaldılmış kərə yağını şəkərlə yaxşıca qarışdırın.
  2. Kəsmik əlavə edin. Bir daha qarışdırın. Kəsmik çox quru haldadırsa tədricən süd tökün.
  3. Yumurtaları əlavə edin.
  4. Tədricən un və qabartma tozu qarışımını kütləyə ələyərək, qarışdırın. Xəmir çox quru olarsa, bir az süd tökün
  5. Qatı xama halında xəmir alınmalıdır. Kişmişi əlavə edin və qarışdırın.
Bu xəmirdən təxminən 22-24 keks alınır. Formaları 2/3 qədər doldurun. 30-40 dəqiqə 200ᵒC qədər qızdırılmış sobaya qoyun. Kekslər hazırdı. Nuş olsun! cupcakes
Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий