Klassik Napoleon tortunun resepti

Порций:   Время приготовления:

Çox sevilən, unudulmayan Napoleon tortunun onlarla resepti  var. Saytımızda Napoleon tortunun bir neçə hazırlanma qaydası olsa da, bu resept  qədər ləzzətlisi yoxdur.

NAPO

Lazım olan ərzaqlar:

  • 1 kq un
  • 750 qr kərə yağı
  • 2 ədəd yumurta
  • 1 x/q sirkə
  • 1 ç/q duz
  • 1 stəkan soyuq su
Krem üçün:
  • 100 qr un
  • 500 ml süd
  • 250 qr şəkər tozu
  • 1 yumurtanın sarısı
  • 130 qr kərə yağı
  • 1 ç/q vanil

Hazırlanma qaydası:

Napoleon tortunun bu xəmirini gecədən hazırlayıb, soyuducuya qoymaq lazımdır. Xəmir ertəsi gün bişirilməlidir. Xəmiri hazırlamaq üçün masanın və ya dəzgahın üzərinə 1 kq un ələyin. 750 qr donmuş kərə yağını un ilə birgə sürtgəcdən keçirdin. Əlinizlə də qarışdırın ki, yağla un yapışmasın və umac olsun.  Sonra bir qabda yumurtalar, su, sirkə, duz və suyu qarışdırıb, umacın üstünə yavaş-yavaş tökün. Kütləni əlinizlə mərkəzə doğru toplayın. Qətiyyən yoğurmayın. Xəmiri durmadan bir yerə toplayın. Su əlavə etməyə gərək yoxdur. Hazır xəmiri sellofana yerləşdirib, soyuducuya qoyub, ertəsi günədək saxlayın.

Növbəti gün öncə kremi hazırlayın. Bunun üçün un və şəkər tozunu qarışdırın. Süddən 100 ml kütlənin üzərinə töküb, qarışdırın. Südün geri qalanını bir qazana töküb, üzərinə yumurta sarısını əlavə edin. Ocağın üzərində aşağı odda durmadan qarışdırın. Sonra unlu qarışımı da hissə-hissə əlavə edərək qarışdırmağa davam edin. Kütlə qatılaşanda ocaqdan götürün. Soyuduqdan sonra vanil və yumşaldılmış kərə yağını da qatıb, mikserlə çalın. Krem hazırdır.

Xəmiri soyuducudan çıxardıb, kündələrə ayırın. Bu xəmirdən kiçik ölçülü iki ədəd tort da hazırlaya bilərsiniz. Və ya istifadə etmədiyiniz xəmiri buzluğa qoyub, digər xəmir işlərinin hazırlanması üçün saxlaya bilərsiniz.

Napoleon üçün 7 ədəd korj kifayət edir. 2ədəd korju da bişirib, ovuntu halına gətirərək tortun üzərini və kənarlarını bəzəyə bilərsiniz.

Kündələri bir-bir unlu dəzgahın üzərində yayın. Dairəvi və ya dordbucaqlı qabı üzərinə qoyub,  kəsin. Dairəvi forma üçün, qazan qapağı istifadə etmək olar. Kənarlarını da sonra bişirib, ovuntu kimi istifadə edin. Yuxaların üzərini çəngəllə bir neçə yerdən deşib,  tündləşənədək bişirin. Eyni qayda ilə korjları bir-bir bişirib, soyudun. Aralarına krem sürtüb, üst-üstə yığın. Sonda tortun üzərinə və kənarlarına ovuntu səpin. Ən az 6 saat gözlədib, süfrəyə verin.

NAPO1

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий