Korjik

Порций:   Время приготовления:

13043340_1144066648957734_579996673037256712_nÇoxumuzun məktəb xatirəsi olan ətirli, yumuşaq və dadlı Kojik resepti ilə keçmişə səyahət edəcəyik.

Tərkibi:

  •  4 stəkan un
  • 1 stəkan şəkər tozu
  • 100 qram kərə yağı
  • 1 ədəd yumurta
  • yarım stəkan süd
  • 1 çay qaşığı soda
  • 1 paket vanil

Hazırlanması:

Öncə, otaq temperaturunda yumuşaldılmış kərə yağını şəkər tozuyla çırpın. Daha sonra yumurta, süd, soda, vanilİ qarışıma əlavə edin. Yavaş- yavaş un səpərək, ələ yapışmayan xəmir yoğurun. Yoğurduğunuz xəmiri dəzgahın üzərində oxlovla 0,5 sm qalınlığında açın.Açılan xəmirdən korjik qəlibləri ilə və ya adi kasanın ağzı ilə dairələr kəsin.

12998563_1144067028957696_2892735561588918032_n

İstəyə görə korjiklərin üzərinə fırçayla yumurta sarısı çəkə bilərsiniz. Korjikləri yağlanmış soba sinisinə düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təqribən 15 dəqiqə üzəri qızaranadək bişirin.Evinizə yayılan xoş ətirdən zövq alın.

12985450_1144067238957675_2910939967508046639_n

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий